VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NİHAD ABDULLAYEV

Стандартный

Nihad_Abdullayev

Nihad Adil oğlu Abdullayev (13 aprel 2002; Ağstafa rayonuAzərbaycan — 9 noyabr 2020; Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Nihad Abdullayev 2002-ci il aprelin 13-də Ağstafa rayonunda anadan olub. 2008–2019-cu illərdə Ə. Hüseynov adına 1 saylı Ağstafa rayon tam orta məktəbində təhsil alıb. Subay idi.

Nihad Abdullayev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Nihad Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nihad Abdullayev noyabrın 9-da Xocavənd rayonu ərazisində gedən döyüşlər zamanı həlak olub. Ağstafa Şəhidlər Xiyabanında dəfn edilib.

Обсуждение закрыто.