VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ƏLİ ZEYNAL OĞLU MƏMMƏDOV

Стандартный

Əli Zeynal oğlu Məmmədov

Əli Zeynal oğlu Məmmədov (13 aprel 2000YevlaxAzərbaycan — 9 oktyabr 2020Xocavənd rayonuAzərbaycan) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri.

Əli Məmmədov 2000-ci il aprelin 13-də Yevlax şəhərində Zeynal və Almaz Məmmədovların ailəsində anadan olub. Subay idi.

Əli Məmmədov 2018-2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ildən isə «gizir» hərbi rütbəsində xidmət edirdi.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının kiçik giziri olan Əli Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Əli Məmmədov oktyabrın 9-da Hadrut döyüşləri zamanı həlak olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Обсуждение закрыто.