VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RÖVŞƏN RÜSTƏMOV

Стандартный

Rövşən_Rüstəmov_(əsgər)

Rövşən Orxan oğlu Rüstəmov (11 aprel 1999BakıAzərbaycan — 6 oktyabr 2020TərtərAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Rövşən Rüstəmov 1999-cu il aprelin 11-də Bakı şəhərində anadan olub. 1918-ci ildə Azərbaycan Milli Ordusunun yaradılmasında xidməti olan Tərlan Əliyarbəyovun nəticəsidir. 2005-2016-cı illərdə Xətai rayonunda 165 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.

Rövşən Rüstəmov 2017-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gəncə şəhərində yerləşən «N» saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Rövşən Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Rövşən Rüstəmov oktyabrın 6-da həlak olub.

Обсуждение закрыто.