VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KAPİTAN KAMİL ŞİRİNOV

Стандартный

Kamil Şirinov kapitan

Kamil Əliş oğlu Şirinov (9 aprel 1991ÇuxanlıSalyan rayonu — 29 sentyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı.

Kamil Şirinov 1991-ci il aprelin 9-da Salyan rayonunun Çuxanlı kəndində anadan olub. 1997-2006-cı illərdə Z. Həmidov adına Çuxanlı kənd tam orta məktəbində, 2006-2009-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı.

Kamil Şirinov 2013-cü ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edirdi. Kamil Şirinov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb və fərqlənib.

Azərbaycan Ordusunun kapitanı olan Kamil Şirinov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Kamil Şirinov sentyabrın 29-da Füzuli döyüşləri zamanı snayper gülləsi nəticəsində həlak olub.

Обсуждение закрыто.