Nəriman Nurəhməd oğlu Əlizadə (d. 6 aprel 1997; Biləsuvar rayonu — ö. 29 noyabr 2020; Füzuli rayonu).
Nəriman Əlizadə 6 aprel 1997-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. Hərbi xidmətdən əvvəl «Rəvan» və «Neftçi» futbol klublarının aşağı yaş qruplarında çıxış edib.
Nəriman Əlizadə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl, Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə həlak olmuşdur.
Şəhid Nəriman Əlizadə 29 noyabr 2020-ci il tarixində Biləsuvar şəhər məzarıstanlığında dəfn edilmişdir.
Для отправки комментария необходимо войти на сайт.