VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: CAVİD HÜSEYNOV

Стандартный

Cavid_Hüseynov_(baş_çavuş)

Cavid Habil oğlu Hüseynov (1 aprel 1994Cəlilabad rayonuAzərbaycan — 30 sentyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu.

Cavid Hüseynov 1994-cü il aprelin 1-də Cəlilabad rayonunun Hamarqışlaq kəndində anadan olub.

Cavid Hüseynov 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun çavuşu olan Cavid Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Cavid Hüseynov sentyabrın 30-da Füzuli döyüşləri zamanı həlak olub. Cəlilabad rayonunun Hamarqışlaq kəndində dəfn edilib.

Обсуждение закрыто.