Daily Archives: 31.03.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: QUSARLI MURAD MƏMMƏDOV

Стандартный

Murad Məmmədov Qusar

Murad Məmmədov (tam adı: Murad Əzizulla oğlu Məmmədov; 31 mart 1995QusarAzərbaycan — 12 oktyabr 2020Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu).

Murad Məmmədov 1995-ci il martın 31-də Qusar rayonunun İmamqulukənd kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Murad Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Murad Məmmədov oktyabrın 12-də həlak olub. Qusar rayonunda dəfn edilib.

«APREL DÖYÜŞLƏRİ»NDƏ HƏLAK OLANLAR: MİLLİ QƏHRƏMAN MURAD MİRZƏYEV

Стандартный

Murad_Mirzəyev

Murad Mirzəyev (d. 31 mart 1976, SabirabadAzərbaycan — ö. 2 aprel 2016, TərtərTalış,Azərbaycan) — Azərbaycanın Milli QəhrəmanıAzərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Xüsusi Təyinatlı Qüvvələrin zabiti.

Murad Mirzəyev 1976-cı ilin 31 mart günündə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olub. Hələ uşaq yaşlarında hərbçi olmaqa can atan Mirzəyev anasının razılığı ilə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə verib. 1991–1994-cü illərdə bu hərbi liseydə təhsil alan Murad Mirzəyev daha sonra təhsilini Türkiyədə davam etdirib və 1998-ci ildə ali hərbi məktəbi bitirib. Nəticədə Murad Mirzəyev Amerika Birləşmiş ŞtatlarıRumıniya və İordaniyada baş tutan hərbi təlimlərə qatıldı.

 

Murad Mirzəyev 2004-cü ildə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində təhsil alan Fizzə Mirzəyeva ilə ailə həyatı qurdu. Murad Mirzəyevin 2009-cu il təvəllüdlü Nurlan və 2011-ci il təvəllüdlü Dəniz adında iki övladı yadigar qaldı.

Murad Mirzəyev Amerikada ranger kursunu bitirdikdən sonra vətənə qayıdır. O, Gəncə şəhərində «N» saylı hərbi hissələrin birində hərbi xidmətə başlayır. Sonralar isə Xüsusi Təyinatlı qüvvələrin zabiti olur. 

Murad Mirzəyev 2016-cı il Aprel Döyüşlərində komandiri olduğu qrup ilə birlikdə Talış kəndi ətrafındaki yüksəklikləri düşməndən azad etmiş və baş verən qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olmuşdur. Murad Mirzəyev ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MURAD BABAYEV

Стандартный

Murad Babayev

Murad Nadir oğlu Babayev (31 mart 1982Cəlilabad rayonuAzərbaycan SSR — 27 sentyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri.

Murad Babayev 1982-ci il martın 31-də Cəlilabad rayonunun Sabirabad kəndində anadan olub.[1] Ailəli idi. Samir adlı oğlu, Zəhra və Fatimə adlı isə qızları yadigar qaldı.

Murad Babayev 2001-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.

Azərbaycan Ordusunun baş giziri olan Murad Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Murad Babayev sentyabrın 27-də Füzuli döyüşləri zamanı həlak olub. Cəlilabad rayonunun Sabirabad kəndində dəfn edilib.