Daily Archives: 30.03.2021

ƏHVALPÜRSANLIQ VƏ YA «BEOVULF»UN TƏRSİNƏ ÇEVRİLMƏYİ

Стандартный

Beovulf ÜZ

SABİRƏ NƏZİRƏ: “BEOVULF”UN TƏZƏDƏN ÇEVRİLİB İNGİLİS DİLİNƏ QAYTARILMAĞI

İ. Əliyev: Nə xəbər var təzə, görkəmli Anar?

            İndi bəs şanlı yazarlar nə yazar?

Anar: Yatmayır indi yazarlar gecələr,
           Həsr edir şəninizə hər biri br ölməz əsər.

İ. Əliyev: Mövzu seçmək bacarırlar bu yazarlar, görünür,
            Təcili artıraram mən də təqaüdlərini.

            Bu xəbər çox gözəl, istəkli Anar,

            Ədəbiyyatda yeni hansı daha hadisə var?

Anar: Bəli, var, ali komandan, daha bir,
          Amma bu,  hadisədən  çox bir ağır faciədir…

İ. Əliyev: Nədir, o faciə, gizlətmə, oğul!

           Danış ətraflı bilim mən nə olub!

           Yoluxub bəlkə qəfil virusla,

           Fani dünyamızı tərk etmişmi Kamal Abdulla?
 

Anar: Yox, Kamal lap buğa tək sağlamdır,
           Mən deyən faciəsə hər cür ölümdən də ağır.          

          Ölkənin arxa çevirmiş biri rəhbərliyinə,
          Çevirib dasanı o, Azəribaycan dilinə.

İ. Əliyev: Hansı dastan?

Anar: İngilis dastanı məşhur “Beovulf”!

          Çevirb almadan icazə…ah… uf…

İ. Əliev: Kim çevirmiş? Nəçidir? Varmı onu bir tanıyan?

Anar: Yaşayır Rusiyada guya bu ünsür çoxdan.

İ. Əliyev: Ünsürün antimillisindənmi?

Anar: Xalisindən. Ötürür düşmənə vacib xəbəri,

         Satmaq istər təzədən erməniyə Kəlbəcəri.

İ. Əliyev: Sübutu varmı fəaliyyətinin?

Anar: Versək işgəncə deyər niyyətini.

İ. Əliyev: Adı haqqında məlumatlar var?

Anar: Adı Xeyrulla, təxəllüssə Xəyal.  

İ. Əliyev: Şübhə yox, antimillidir, bu, adından bilinir!

Anar: Çox fəsadlar törər, əlbəttə, görməsək tədbir.

İ. Əliyev: Boynuna ip keçirib heyvan tək,
                Ünsürü ölkəyə gərək gətirək.

Anar: Bəsə nə olsun “beovulf”?

İ. Əliyev: Ah, o dastan! Ah… uf…

                Bir sürü tərcüməçi tər axıdıb səy eləsin
                Tez çevirsinlər o dastanı yenə ingilisə!

28. 03. 2021, Samara

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: PƏRVİN MƏMMƏDOV

Стандартный

Pərvin Məmmədov

Pərvin Məmmədov (tam adı: Pərvin Rza oğlu Məmmədov; 30 mart 1994GöyçayAzərbaycan — 2 oktyabr 2020TərtərAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Pərvin Məmmədov 1994-cü il martın 30-da Göyçay rayonunun Yeniarx kəndində anadan olub.

Azərbaycan Ordusunun giziri olan Pərvin Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə iştirak edib. Pərvin Məmmədov oktyabrın 2-də Ağdərə döyüşləri zamanı həlak olub. Göyçay rayonunda dəfn edilib

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ZÖHRAB MEHDİYEV

Стандартный

Zöhrab_Mehdiyev

Zöhrab İlham oğlu Mehdiyev (30 mart 1998Aşağı ÇardaxlarZaqatala rayonu — 9 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Zöhrab Mehdiyev 1998-ci il martın 30-da Zaqatala rayonunun Aşağı Çardaxlar kəndində anadan olub. 

2004-2015-ci illərdə Aşağı Çardaxlar kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Zöhrab Mehdiyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Zöhrab Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Zöhrab Mehdiyev oktyabrın 9-da Füzuli döyüşləri zamanı həlak olub. Zaqatala rayonunun Aşağı Çardaxlar kəndində torpağa tapşırılıb.