Cəlil Ağaddin oğlu Cavadov (29 mart 1989; Lerik rayonu, Azərbaycan — 27 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı.
Cəlil Cavadov 1989-cı il martın 29-da Lerik rayonunun Xəlifəkücə kəndində anadan olub. 1995-2003-cü illərdə Z. Səfərov adına Blaband kənd tam orta məktəbində, 2003-2006-cı illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb.
Azərbaycan Ordusunun kapitanı olan Cəlil Cavadov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Cəlil Cavadov oktyabrın 27-də Xocavənd döyüşləri zamanı həlak olub. Lerik rayonunda dəfn olunub.
Для отправки комментария необходимо войти на сайт.