
Ehtiram Teyyub oğlu Əhmədov (26 mart 2001; Yeni Suvagil, Zaqatala rayonu — 9 noyabr 2020; Bakı şəhəri, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Ehtiram Əhmədov 2001-ci il martın 26-da Zaqatala rayonunun Yeni Suvagil kəndində anadan olub. [1] 2007-2018-cı illərdə M.Nəzirova adına 1 saylı Yeni Suvagil kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Ehtiram Əhmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Vətən müharibəsinə qədər Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ehtiram Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan, Xocavənd, Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Ehtiram Əhmədov oktyabrın 15-də Füzuli döyüşləri zamanı ağır yaralanıb. Uzun müddət Bakı şəhərində Mərkəzi Hərbi Hospitalda komada olub. Noyabrın 9-da vəfat edib. Zaqatala rayonunun Yeni Suvagil kəndində torpağa tapşırılıb.
Понравилось это:
Нравится Загрузка...
Для отправки комментария необходимо войти на сайт.