Daily Archives: 25.03.2021

VƏTƏN UĞRUNDA HƏLAK OLANLAR: AKİF ABBASOV

Стандартный

Akif_Abbasov

Abbasov Akif Elşən oğlu (25 mart 2001Ağcabədi rayonu – 16 yanvar 2020Tovuz rayonu) — əsgər.

Akif Abbasov 25 mart 2001-ci ildə Ağcabədi rayonunda anadan olub. Ağcabədi şəhər 1 saylı orta məktəbində orta təhsilini alaraq 2019-cu ilin aprel ayında Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətə yollanıb.

Tovuz rayonunun Ağdam kəndi istiqamətində qulluq edən Akif Abbasov 16 yanvar 2020-ci il tarixində doyüş tapşırığını yerinə yetirərkən düşmənin basdırdığı minaya düşüb. Əsgərin nəşi Azərbaycan-Ermənistan sərhədində neytral ərazidə tapılıb.

Akif Abbasov  22 fevral 2020-ci il tarixində Ağcabədi Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MƏRDAN MEHDİZADƏ

Стандартный

Mərdan_Mehdizadə

Mərdan Əhməd oğlu Mehdizadə (25 mart 1979Şəki rayonuAzərbaycan SSR — 12 oktyabr 2020Cəbrayıl rayonuAzərbaycan) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin baş miçmanı.

Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin baş miçmanı olan Mərdan Mehdizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştitak edib. Mərdan Mehdizadə oktyabrın 12-də Cəbrayıl döyüşləri zamanı həlak olub. Şəki rayonunun Göybulaq kəndində dəfn edilib.