Telman Kəlbiyev(24 mart 1988, Bankə, Neftçala , Azərbaycan — 2 oktyabr 2020, Murovdağ, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.
Kəlbiyev Telman Yadigar oğlu 24 mart 1988-ci ildə Neftçalanın Bankə qəsəbəsində anadan olub. Orta təhsilini Bankə qəsəbədə alıb. Əvvəlcə Daşkəsəndə gizir kimi, sonra isə şəhid Polad Həşimovun seçimi ilə Şəmkirdə həmlə bölüyündə xidmət edib. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə qatılıb. Murovdağ Canavar postunun alınmasında həmlə bölüyünün komandiri kimi yaxından iştirak edib və Murovdağ Kəlbəcər istiqamətində gedən döyüşlərdə yaralanıb. Sağ ayağından qəlpə yarası alsa da döyüşlərə davam edir. 2 oktyabr 2020-ci ildə minaatan mərmisi ilə yaralanıb. 2 dekabr 2020-ci ildə Neftçala Şəhidlər Xiyabanında dəfn edilib.
vikipediya
Для отправки комментария необходимо войти на сайт.