Daily Archives: 24.03.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: FƏRRUX HƏŞİMOV

Стандартный

Fərrux_Həşimov

Fərrux Mirzəmməd oğlu Həşimov (24 mart 1988Qubadlı rayonuAzərbaycan — 1 noyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitan-leytenantı.

Fərrux Həşimov 1988-ci il martın 24-də Qubadlı rayonunun Əliquluuşağı kəndində anadan olub.

Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin «Su Altı Hücum» (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin kapitan-leytenantı olan Fərrux Həşimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınFüzulininQubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Fərrux Həşimov noyabrın 1-də Xocavənd rayonunun Qırmızı Bazar istiqamətində gedən döyüşlərdə  həlak olub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KAPİTAN HƏTƏMXAN QULİYEV

Стандартный

Hətəmxan_Quliyev

Hətəmxan Məti oğlu Quliyev (24 mart 1990SumqayıtAzərbaycan — 29 sentyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı.

Hətəmxan Quliyev 1990-cı il martın 24-də Sumqayıt şəhərində anadan olub. 1997-2006-cı illərdə Sumqayıt şəhərində 4 nömrəli tam orta məktəbdə, 2006-2008-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2008-2012-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi.

Hətəmxan Quliyev 2012-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən «N» saylı hərbi hissəsində xidmət edirdi. Hətəmxan Quliyev 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak edib.

Azərbaycan Ordusunun kapitanı olan Hətəmxan Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Hətəmxan Quliyev sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı həlak olub. II Fəxri Xiyabanda dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BANKƏLİ TELMAN KƏLBİYEV

Стандартный

Telman_Kəlbiyev

Telman Kəlbiyev(24 mart 1988BankəNeftçala Azərbaycan — 2 oktyabr 2020MurovdağAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Kəlbiyev Telman Yadigar oğlu 24 mart 1988-ci ildə Neftçalanın Bankə qəsəbəsində anadan olub. Orta təhsilini Bankə qəsəbədə alıb. Əvvəlcə Daşkəsəndə gizir kimi, sonra isə şəhid Polad Həşimovun seçimi ilə Şəmkirdə həmlə bölüyündə xidmət edib. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə qatılıb. Murovdağ Canavar postunun alınmasında həmlə bölüyünün komandiri kimi yaxından iştirak edib və Murovdağ Kəlbəcər istiqamətində gedən döyüşlərdə  yaralanıb. Sağ ayağından qəlpə yarası alsa da döyüşlərə davam edir. 2 oktyabr 2020-ci ildə minaatan mərmisi ilə yaralanıb. 2 dekabr 2020-ci ildə Neftçala Şəhidlər Xiyabanında dəfn edilib.

vikipediya