Daily Archives: 23.03.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MİQDAD ABDÜLƏLİMOV

Стандартный

Miqdad_Abduləlimov

Miqdad Faiq oğlu Abduləlimov (23 mart 2002QubaAzərbaycan — 29 oktyabr 2020TərtərAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Miqdad Abduləlimov 23 mart 2002-ci ildə Quba rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra 4 aprel 2020-ci ildə hərbi xidmətə yollanmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Miqdad Abduləlimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. 29 oktyabr 2020-ci ildə Tərtər istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: RƏŞİD ABDULLAYEV

Стандартный

Rəşid Abdullayev

Rəşid Abdullayev (tam adı: Rəşid Abdulla oğlu Abdullayev; 23 mart 2002SamuxAzərbaycan — 7 noyabr 2020ŞuşaAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Rəşid Abdullayev 2002-ci il martın 23-də Samux rayonunda anadan olub. 2008-2019-cu illərdə Samux rayonunda İnstitut qəsəbə tam orta məktəbində təhsil alıb.

Rəşid Abdullayev 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başladı.

Azərbaycan Ordusunun əsgəri olan Rəşid Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Rəşid Abdullayev noyabrın 7-də Şuşa döyüşləri zamanı həlak  olub. Samux rayon İnstitut qəsəbəsində dəfn edilib.