Ramil Qurban oğlu Əliyev (22 mart 1996, Güznüt, Naxçıvan MR – 17 noyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.
Ramil Əliyev 1996-cı il martın 22-də Babək rayonunun Güznüt kəndində anadan olub.[1] 2003-2011-ci illərdə Güznüt kənd tam orta məktəbində, 2011-2014-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi.
Ramil Əliyev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi.
Azərbaycan Ordusunun leytenantı olan Ramil Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ramil Əliyev sentyabrın 27-də Füzuli döyüşləri zamanı həlak olub. Babək rayonunda dəfn olunub.
Для отправки комментария необходимо войти на сайт.