Fərid Hamlet oğlu Əliyev (d. 22 mart 2001; Kürdmaşı, İsmayıllı, Azərbaycan — ö. 28 sentyabr 2020; Horadiz, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Fərid Əliyev 22 mart 2001-ci ildə İsmayıllı şəhər Kürdmaşı kəndində anadan olmuşdur. 2007-ci ildə C.Həsənov adına Kürdmaşı kənd tam orta məktəbinə daxil olmuşdur. 2018-ci ildə məktəbi bitirmişdir. 2018-ci ildə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin «Turizm və Onun Təşkili» ixtisası üzrə qəbul olunmuşdur. 2019-cu ildə təhsilinə fasilə verərək hərbi xidmətə getmişdir.
Subay idi. Atası Əliyev Hamlet C.Həsənov adına Kürdmaşı kənd tam orta məktəbin biologiya müəllimidir. Anası Vəliyeva Rəna həmin məktəbin İngilis dili müəllimidir.
Azərbaycan Ordusunun əsgəri olan Fərid Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq həlak olmuşdur. Fərid Əliyev sentyabrın 28-də doğulduğu İsmayıllı rayonunun Kürdmaşı kəndində dəfn edilmişdir.
Для отправки комментария необходимо войти на сайт.