Daily Archives: 21.03.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MƏHƏMMƏD HÜSEYNOV

Стандартный

Məhəmməd Hüseynov əsgər

Məhəmməd Hüseynov (tam adı: Məhəmməd Qiyas oğlu Hüseynov; 21 mart 2001GəncəAzərbaycan — 27 sentyabr 2020KəlbəcərAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Məhəmməd Hüseynov 2001-ci il martın 21-də Gəncə şəhərində anadan olub.] 2007-2016-cı illərdə Gəncə şəhərinin 17 nömrəli tam orta məktəbində, 2016-2019-cu illərdə isə Gəncə şəhərinin 1 nömrəli Peşə Liseyində təhsil alıb. Subay idi.

Məhəmməd Hüseynov 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başladı.

Azərbaycan Ordusunun əsgəri olan Məhəmməd Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Məhəmməd Hüseynov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı həlak olub, nəşi isə erməni tərəfində qalıb. Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın 8-ci maddəsinə (Hərbi əsirlərin və digər saxlanılan şəxslərin və ölülərin cəsədlərinin mübadiləsi aparılır) əsasən nəşi qarşı tərəfdən götürüldü və ailəsinə təhvil verildi. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

vikipediya

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SƏRXAN MUSTAFAYEV

Стандартный

Sərxan_Mustafayev

Sərxan İslam oğlu Mustafayev (21 mart 1994AslanbəyliQazax rayonu — 31 oktyabr 2020Füzuli rayonuAzərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 

Sərxan Mustafayev 1994-cü il martın 21-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olub.

2001-2009-cu illərdə Aslanbəyli kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. Bir oğlu, bir qızı yadigar qaldı.

Sərxan Mustafayev 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2012-2013-cü illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin “N” saylı hərbi hissəsində xidmət edib.

2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətdə olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Sərxan Mustafayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı FüzuliXocavənd və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Oktyabrın 31-də Füzuli döyüşləri zamanı həlak olub. Qazax rayonunun Aslanbəyli kəndində torpağa tapşırılıb.