Daily Archives: 19.03.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MALİK XEYİRBƏYOV

Стандартный

Malik_Xeyirbəyov

Malik Samik oğlu Xeyirbəyov (19 mart 2002CibirQusar rayonuAzərbaycan — 26 oktyabr 2020FüzuliAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Malik Xeyirbəyov 19 mart 2002-ci ildə Qusar rayonunun Cibir kəndində dünyaya göz açmışdır.[1] 2008-ci ildə orta məktəbə daxil olmuşdur. Orta təhsilini alan Malik Odlar Yurdu Kollecinə qəbul olmuşdur. Kolleci yarımçıq saxlayaraq hərbi xidmətə yollanmışdır.

Azərbaycan Ordusunun əsgəri olan Malik Xeyirbəyov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində kəşfiyyatçı olaraq iştirak etmişdir. FüzuliCəbrayıl, və Hadrut döyüşlərində vuruşmuşdur. Malik Xeyirbəyov 26 oktyabr 2020-ci ildə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə  həlak olmuşdur.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ZƏKA ABIŞOV

Стандартный

Zəka_Zakir_oğlu_Abışov

Zəka Abışov (tam adı: Zəka Zakir oğlu Abışov; 19 mart 2001QızıldaşBakı – noyabr 2020CəbrayılCəbrayıl rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Abışov Zəka Zakir oğlu 19 mart 2001-ci ildə Bakı şəhəri Qaradağ rayonu Qızldaş qəsəbəsində dünyaya göz açmışdır. İbtidai təhsilinə 2007-ci ildə şəhid qohumu Azər Namazovun adını daşıyan 180 saylı orta məktəbdə başlamışdır. Uşaq yaşlarından idmana maraq göstərmiş və karate ilə məşğul olmuşdur. 2016-cı ildə orta təhsilini bitirib «İnşaat qəlibsiçi» ixtisası üzrə 8 saylı peşə məktəbinə daxil olmuşdur. 2019-cu ildə peşə təhsilini uğurla başa vuran Zəka, həmin ilin oktyabr ayında hərbi xidmətə yola düşmüşdür.

Komandirlərinin söylədiyinə görə, Zəka hərbi xidməti dövründə fiziki gücü və qorxmazlığı ilə öz əsgər yoldaşlarından fərqlənmişdir. Xidmətinin böyük qismini Füzuli rayonu ərazisində — qoşunların öz xətt bölmələrində (birinci eşalon) keçirimişdir. 27 sentyabr tarixində bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayarkən Zəka Füzuli rayonunda döyüşlərə qatılmış, Füzuli əməliyyatında və Cəbrayıl uğrunda döyüşlərdə iştirak etmişdir.

Abışov Zəka noyabr ayının əvvəlləri düşmənin əks həmləsinin qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. 

vikipediya