Daily Archives: 18.03.2021

İ. MIXLININ NAMƏLUM “AĞILLI KÜR” ROMANI TAPILIB

Стандартный

ismayıl şıxlı

Məşhur yazıçı İsmayıl Mıxlının naməlum romanı müəllifin ölümündən sonra tapılıb. Əlyazma Mıxlının bağında qazıntı aparılan zaman çıxdığığndan roman Qazarlar Burliyinin səksən beş yaşlı gənc sədri Danara verilib və hazırda Danar müəllim  əsəri nəşrə hazırlayır.

İndiyədək oxuculara naməlum qalmış roman “Ağıllı Kür” adlanır. Bu roman əlli il bundan qabaq yazılıb, ancaq İsmayıl Mıxlı uzaqgörəm mütəfəkkir yazıçı olduğundan öz əsrini qabaqlayıb və indi əlahəzrət İlham Əliyevin həyata keçirdiyi “Ağıllı kənd”, “Ağıllı məhəllə”, “Ağıllı bazar” layihələrini qabaqlayıb.

İsmayıl Mıxlının romanındakı Kür doğrudanda da ağıllı çaydır. Çay öz sularını pambıq, tütün, taxıl  sahələrinə özü axıdır, anaşa, marixuana, xaşxaş əkilən yerlərə girmir. Çayın suları laızımi məntəqələrdə turbinsiz elə fırlanır ki, İsmayıl Mıxlının yerlisi Səməd Vurğun demişkən, “işıqlanır hər dağ-dərə”. Ağıllı çay öz sularında ağıllı balıqlar yetişdirir. Bu balıqlar adam kimi dil bilir, suyun aıtında müxtəlif idman yarışları keçirir və AzTV-nin verilişlərinə baxırlar. Bu balıqlar hamısı gözəl tərbiyə alır və hər biri öz yerini bilir. Kübar balıqlar imötəbər nsanların, dövlət məmurlarının toruna düşür. Əsil-nəcabətsiz balıqlar isə kasıb-kusubun qarmağına ilişir.

Romanda balıqların keçirdiyi elmi-tətbiqi konfransdan söz açılır. “Əlahəzrət prezidentinə alternativ varmı? “ sualına bir naqqa bitərəf qalmaqla bütün balıqlar yekdilliklə “Yoxdur. Nida işarəsi!” cavabını veriblər. O vaxtdan qərara  alınıb ki, naqqa balıq sayılmasın.

Ağıllı Kürün sahilində yaşayan insanların hamama ehtiyacı yoxdur, çünki bu ağıllı çayda çimən insanları ağıllı sular özü sabunsuz-zadsız təmizə çıxarır.

Ağıllı Kürün sahilində yaşayanlar arzu və istəklərini prezidentə və onun xanımına poçta yox, çaya atırlar, Ağıllı Kürün ağıllı suları xalqın məktubunu operativ şıkildə ünvana çatdırır. Prezidentin və arvadının xalqa cavab verib-vermədiyi barədə İsmayıl Mıxlı yazmır.

Kürün sularında çimmək üçün üzməyi bilmək lazım deyil. Bu ağıllı sularda yalnız ölkənin naz-nemətindən, ailədəki mehribanlqdan boğazacan doyub könüllü həyatdan getmək istəyənlər özləri özlərini boğurlar. Boğulanların meyitlərini ağıllı sular yubanmadan mərhumların yaxınlarına çatdırırlar.

Romanın əsas süjet xətlərindən biri də sevgi macərasıdır. İ. Mıxlı bir erkək nərənin Araz vasitəsilə Kürə girmiş ermən çəkisinə olan faciəvi məhəbbətindən məharətlə söz açır. Əlyazma ilə taış olmuş görkəmli mətbuat xadimi Aynur Qavalqızı yazır ki, iki balığın faciəsi onu elə kövrəltdi ki, “göz yaşlarına hakim ola bilmədi”.

Roman eyni zamanda çoxlu dildə nəşr ediləcək. Tərcümə mərkəzinin rəhbəri  Qapaq Məsud əsəri balıq dilinə çevirir, hərçənd balıqlar özləri dilimizi yaxşı bilirlər.

Qazarlara, yəni romanı qazıb çıxaranlara prezident “Laçın dəhlizi” medalını verib.

Mirzə ƏLİL

17-18 mart 2021, Samara

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MUNİS ABBASLI

Стандартный

Munis_Abbaslı_2019

Munis Həbibullah oğlu Abbaslı (18 mart 2000Beyləqan rayonuAzərbaycan — 15 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Munis Abbaslı 18 mart 2000-ci il Beyləqan rayonunda anadan olub.. 2007-2018-ci illərdə Beyləqan rayonu F.Hacıyev adına 2 saylı tam orta məktəbdə təhsil alıb. Subay idi.

Abbaslı Munis 2020-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən «N» saylı hərbi hissəsində xidmətə başlayıb.

Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Abbaslı Munis oktyabrın 14-də Füzuli döyüşləri zamanı həlak olub. Beyləqan rayonunda dəfn edilib.