VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MAYOR ABBAS QASIMOV

Стандартный

Abbas_Qasımov_(mayor)

Abbas Rza oğlu Qasımov (17 mart 1986Masis rayonu (Zəngibasar)Ermənistan SSR — 27 sentyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru. 

Qasımov 1986-cı il martın 17-də Masis rayonunun (Zəngibasar rayonu) Rəhimabad kəndində anadan olub.[1] 6 yaşında atasını itirən Abbas Qasımov, ailəsi ilə birgə 1988-ci ilin noyabr ayında ermənilər tərəfindən doğma rayonunda deportasiya edilir və ailə Binəqədi rayonunda yaşamağa başlayır. 1993-2003-cü illərdə Binəqədi rayonunda F. İsgəndərov adına 157 nömrəli tam orta məкtəbdə təhsil alıb. 2003-2007-ci illərdə isə MTN-nin Heydər Əliyev adına Akademiyasında ali təhsil alıb.

Ailəli idi. 2 övladı yadigar qaldı.

Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru olan hərbi pilot Abbas Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Abbas Qasımov sentyabrın 27-də Füzuli döyüşləri zamanı həlak olub. II Fəxri Xiyabanda dəfn edilib.

Обсуждение закрыто.