Daily Archives: 16.03.2021

APREL DÖYÜŞLƏRİNDƏ HƏLAK OLANLAR: ROYAL NƏSİROV

Стандартный

Röyal_Nəsirov

Röyal İmran oğlu Nəsirov (d. 16 mart 1997CəlilabadAzərbaycan — ö. 2 aprel 2016TərtərAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 

Röyal Nəsirov 1997-ci ilin 16 mart günündə Cəlilabad rayonunun Məlikqasımlı kəndində anadan olub.

Əsgər Röyal Nəsirov 2016-cı ilin aprel ayında AzərbaycanErmənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına həlak oldu.

Aprelin 9-u isə Röyal Nəsirov doğulduğu Cəlilabad rayonunun Məlikqasımlı kəndində son mənzilə yola salındı. 

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: KAPİTAN SEYMUR CABBAROV

Стандартный

Cabbarov_Seymur

Seymur İlham oğlu Cabbarov (16 mart 1987Şərur rayonuAzərbaycan — 3 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kapitanı.

Seymur Cabbarov 1987-ci il martın 16-da Şərur rayonunun Çərçiboğan кəndində anadan olub. 1993-2001-ci illərdə R. Abbasov adına Çərçiboğan кənd tam orta məкtəbində, 2001-2004-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2004-2008-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 övladı yadigar qaldı.

Seymur Cabbarov 2008-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin «N» saylı hərbi hissəsində «leytenant» hərbi rütbəsində xidmətə başladı. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin «N» saylı hərbi hissəsində «baş leytenant» hərbi rütbəsində xidmətə davam edən Seymur Cabbarov 2014-cü ildən Motoatıcı Tabor Komandirinin MTT üzrə müavini vəzifəsində çalışıb.

Seymur Cabbarov 2015-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Füzuli rayonunda yerləşən «N» saylı hərbi hissəsində, həmin ilin avqust ayından isə Naxçıvan şəhərərində yerləşən «N» saylı hərbi hissədə xidmət edirdi. 2020-ci ildə bir müddət Ağcabədi rayonunda yerləşən «N» saylı hərbi hissədə xidmət edən Seymur Cabbarov, sonradan Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən «N» saylı hərbi hissəsində xidmətinə davam edib.

Azərbaycan Ordusunun kapitanı olan Seymur Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Seymur Cabbarov oktyabrın 3-də Füzuli döyüşləri zamanı həlak olub.

vikipediya