Daily Archives: 15.03.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MİRZƏ AXUNDOV

Стандартный

Mirzə_Axundov

Mirzə Musa oğlu Axundov (15 mart 1984GəgiranLənkəran rayonuAzərbaycan SSR — 2 oktyabr 2020Tərtər rayonuAzərbaycan) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin miçmanı.

Mirzə Axundov 1984-cü il martın 15-də Lənkəran rayonunun Gəgiran kəndində anadan olub.[1] 1991-2000-ci illərdə Gəgiran kənd tam orta məktəbində təhsil alıb.

Mirzə Axundov 2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduğdan sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olan Mirzə Axundov, 2004-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin Zığ qəsəbəsində yerləşən «N» saylı hərbi hissəsində, 2016-2019-cu illərdə Ağdam rayonunda yerləşən «N» saylı hərbi hissəsində, 2019-cu ildən isə Tərtər rayonunda yerləşən «N» saylı hərbi hissəsində xidmət edib. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində iştirak edib.

Azərbaycan Ordusunun Hərbi Dəniz Qüvvələrinin miçmanı olan Mirzə Axundov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın və Talışın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Mirzə Axundov oktyabrın 2-də Talış istiqamətində həlak olub. Xəzər rayonunun Türkan qəsəbəsində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: VÜSAL MƏMMƏDOV

Стандартный

Vüsal_Məmmədov_(şəhid)

Vüsal Nəsib oğlu Məmmədov (15 mart 1998LahıcZaqatala rayonu — 12 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Vüsal Məmmədov 1998-ci il martın 15-də Zaqatala rayonunun Lahıc kəndində anadan olub. 

2004-2015-ci illərdə Q.Qocayev adına Lahıc kənd tam orta məktəbində təhsil alıb. Subay idi.

Vüsal Məmmədov 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vüsal Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Vüsal Məmmədov oktyabrın 12-də Füzuli döyüşləri zamanı həlak olub. Zaqatala rayonunun Lahıc kəndində torpağa tapşırılıb.