
Sayad Azad oğlu Hacıyev (14 mart 2001; Bazar , Zaqatala , Azərbaycan — 17 oktyabr 2020; Suqovuşan, Tərtər , Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri,
Sayad Hacıyev 2001-ci il martın 14-də Zaqatala rayonunun Bazar kəndində anadan olub. 2007-ci ildə Bakıda 90 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2008-ci ildə təhsilini 316 saylı tam orta məktəbdə davam etdirib. 2015-ci ildə Bakı Şəhər Dövlət Dəmir yolu liseyinə qəbul olunub. Musiqiyə həvəsinə görə piano kursunda oxuyub.
Sayad Hacıyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Sayad Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Sayad Hacıyev oktyabrın 17-də Suqovuşan döyüşləri zamanı həlak olub. Zaqatala rayonunun Bazar kəndində torpağa tapşırılıb.
Понравилось это:
Нравится Загрузка...
Для отправки комментария необходимо войти на сайт.