Daily Archives: 13.03.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MAYOR RƏŞAD BUDAQOV

Стандартный

RƏŞAD BUDAQOV

Rəşad Ramiz oğlu Budaqov (13 mart 1986YevlaxYevlax rayonu – 30 sentyabr 2020Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı.

Rəşad Budaqov 1986-cı il martın 13-də Yevlax şəhərində anadan olub. Əslən Cəbrayıl rayonundan idi. Ailəli idi. 2 qızı yadigar qaldı.

Azərbaycan Ordusunun mayoru olan Rəşad Budaqov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Rəşad Budaqov sentyabrın 30-da Murovdağ döyüşləri zamanı həlak olub. Yevlax şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: AFƏR ORUCOV

Стандартный

Afər_Orucov_(DİN_DQ)

Afər Yafət oğlu Orucov (13 mart 1996Quba rayonuAzərbaycan — 7 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu.

Afər Orucov 1996-cı il martın 13-də Quba rayonunun Aşağı Atuc kəndində anadan olub. Subay idi.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Afər Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Afər Orucov noyabrın 7-də Şuşa döyüşləri zamanı həlak olub.