Daily Archives: 11.03.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ORXAN ƏLİMURADOV

Стандартный

Orxan Əlimuradov

Orxan Roman oğlu Əlimuradov (11 mart 1993Qusar rayonuAzərbaycan — 5 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Orxan Əlimuradov 1993-cü il martın 11-də Qusar rayonunun Uqur kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Orxan Əlimuradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Orxan Əlimuradov oktyabrın 5-də Füzuli döyüşləri zamanı həlak olub. Qusar rayonunda dəfn edilib.

vikipediya

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İLQAR BÜRCƏLİYEV

Стандартный

İlqar Bürcəliyev

İlqar Bürcəliyev (tam adı: İlqar Vüqar oğlu Bürcəliyev; 11 mart 2001MoskvaRusiya — 28 sentyabr 2020TərtərAzərbaycan) — «Zirə» Futbol Klubunun futbolçusu; Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

İlqar Bürcəliyev 2001-ci il martın 11-də Rusiyanın Moskva şəhərində Vüqar və Elnurə Bürcəliyevaların ailəsində anadan olub. Onun əmisi — teatrşünas Anar Bürcəliyevdir. 2007-2009-cu illərdə Xırdalan şəhərinin 2 nömrəli tam orta məktəbində, 2009-2017-ci illərdə Yasamal rayonunun Ə. Əhmədov adına 308 nömrəli tam orta məktəbində, 2017-2018-ci illərdə Gəncə şəhərinin 38 nömrəli tam orta məktəbində, 2018-ci ildə isə Yasamal rayonunun Ə. Əhmədov adına 308 nömrəli tam orta məktəbində təhsil alıb. Subay idi.

İlqar Bürcəliyev 2014-2016-cı illərdə «Vətən» Futbol Klubunda, 2016-cı ildə «Kəpəz» FK-da, 2016-cı ildən isə «Zirə» FK-da çıxış edirdi. Yeniyetmələr arasında bir sıra uğurlara imza atıb. 2017-ci ildən 18 yaşlılardan ibarət Azərbaycan yığmasının heyətində çıxış edirdi.

Görkəmli teatr və kino xadimləri Azərbaycan SSR xalq artistləri Məmməd Bürcəliyevin və Sədayə Mustafayevanın nəticəsidir. Teatrşünas-tənqidçi Anar Bürcəliyevin qardaşı oğludur.

Azərbaycan Ordusunun əsgəri olan İlqar Bürcəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. İlqar Bürcəliyev sentyabrın 28-də Talış döyüşləri zamanı həlak olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

vikipediya