Daily Archives: 10.03.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: İSMAYIL MƏMMƏDOV

Стандартный

İsmayıl_Məmmədov_(DİN_DQ)

İsmayıl Fərhad oğlu Məmmədov (10 mart 1992Sabirabad rayonuAzərbaycan — 7 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri.

İsmayıl Məmmədov 1992-ci il martın 10-da Sabirabad rayonunun Cəngan kəndində anadan olub.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan İsmayıl Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. İsmayıl Məmmədov noyabrın 7-də Şuşa döyüşləri zamanı həlak olub.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: VÜQAR ZAMANOV

Стандартный

Vüqar_Zamanov_(şəhid)

Vüqar İsmayıl oğlu Zamanov ( 10 mart 1995HoradizAzərbaycan — 5 noyabr 2020DaşaltıAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Vüqar Zamanov 1995-ci il martın 10-u Horadiz şəhərində anadan olmuşdur. 20012012-ci illərdə Horadiz şəhər 2 nömrəli tam orta məktəbdə təhsil almışdır.

Vüqar Zamanov 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Noyabrın 5-i Daşaltı uğrunda gedən döyüşlərdə həlak olmuş, və Horadiz şəhər qəbiristanlığında dəfn edilmişdir.