Elvin İsmayılov (9 mart 1989, İkinci Əlinəzərli, Beyləqan rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu.
İsmayılov Elvin Tələt oğlu 9 mart 1989-cu ildə Beyləqan rayonu İkinci Əlinəzərli kəndində anadan olub. Həqiqi hərbi xidmətini bitirdikdən sonra orduda qalıb müddətdən artıq xidmət edib.
27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə qatılıb. 27 sentyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə həlak olub. 3 oktyabr 2020-ci ildə Beyləqan Şəhidlər Xiyabanında dəfn edilib
Для отправки комментария необходимо войти на сайт.