Daily Archives: 08.03.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: SEYFƏDDİN DADAŞOV

Стандартный

800px-Seyfəddin_Dadaşov

Seyfəddin Məhiyyəddin oğlu Dadaşov (8 mart 1999Beyləqan rayonu – 31 oktyabr 2020SuqovuşanTərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

2005-2016-cı illərdə Beyləqan rayon Mayak kənd tam orta məktəbində təhsil alıb.

2016-2020-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsində ali təhsil alıb. 2020-ci ildə magistratura pilləsinə qəbul olub.

Seyfəddin Dadaşov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.

Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlayıb.

Azərbaycan Ordusunun əsgəri olan Seyfəddin Dadaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsinə qoşulub.

Suqovuşan istiqamətində gedən döyüşlərdə fəal iştirak edib.

Oktyabrın 31-də Suqovuşanda gedən şiddətli döyüşlərdə həlak olub. Beyləqan rayon Mayak kəndində dəfn edilib.

vikipediya

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ŞÜKÜR HACIYEV

Стандартный

Şükür_Hacıyev_(əsgər)

Şükür Hacıyev (tam adı: Şükür Aslan oğlu Hacıyev; 8 mart 2000YevlaxAzərbaycan — 5 noyabr 2020ŞuşaAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Azərbaycan Ordusunun əsgəri olan Şükür Hacıyev 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Qubadlı döyüşlərində vuruşmuşdur. 5 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur.