Nicat Habil oğlu Atayev (5 mart 1994; Mingəçevir, Azərbaycan — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.
Daily Archives: 05.03.2021
VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ZAUR ƏLƏSGƏRLİ
Zaur Ələsgərli 1995-ci il martın 5-dəSumqayıt şəhərində Mübariz və Vəfa Ələsgərlilərin ailəsində anadan olub. 2001-2004-cü illərdəSumqayıt şəhərində 13 nömrəli tam orta məktəbdə, 2004-2012-ci illərdə isə Hacı Zeynalabdin qəsəbəsində 19 nömrəli tam orta məktəbdə təhsil alıb. Vəfa Ələsgərli ilə ailəli idi. Ayxan və Ayaz adında 2 oğlu yadigar qaldı.
Zaur Ələsgərli 2013-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-2018-ci illərdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinin, 2018-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub.
Azərbaycan Ordusunun SuAltı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Zaur Ələsgərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Zaur Ələsgərli oktyabrın 31-də Xocavənd döyüşləri zamanı həlak olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.
Для отправки комментария необходимо войти на сайт.