Daily Archives: 04.03.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ORXAN HÜSEYNOV

Стандартный

Orxan Hüseynov

Orxan Ələkbər oğlu Hüseynov (4 mart 1996Balakən rayonuAzərbaycan — 4 oktyabr 2020Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Orxan Hüseynov 1996-cı il martın 4-də Balakən rayonunun Hənifə kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Orxan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Orxan Hüseynov oktyabrın 4-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 15.01.2021-ci il tarixində Balakən rayonunda dəfn olunub.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MAYOR VÜQAR AĞAYEV

Стандартный

Vüqar Ağayev

Vüqar Əhməd oğlu Ağayev (4 mart 1973QubadlıAzərbaycan — 1 noyabr 2020QubadlıAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən Müharibəsi Qəhrəmanı.

Vüqar Ağayev 1973-cü il martın 4-də Qubadlı rayonunun Xanlıq kəndində anadan olub.

Azərbaycan Ordusunun mayoru olan Vüqar Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Vüqar Ağayev noyabrın 1-də Qubadlı döyüşləri zamanı həlak olub. II Fəxri Xiyabanda dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüqar Ağayevə ölümündən sonra «Vətən Müharibəsi Qəhrəmanı» adı verildi.