Daily Archives: 02.03.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OANLAR: ŞƏHRİYAR ABDULLAYEV

Стандартный

Şəhriyar Abdullayev

Şəhriyar Kamil oğlu Abdullayev (2 mart 1987Kəlbəcər rayonuAzərbaycan SSR — 13 oktyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri.

Şəhriyar Abdullayev 1987-ci il martın 2-də Kəlbəcər rayonunun Zəylik kəndində anadan olub. Ailəli idi. 2 qızı yadigar qaldı.

Azərbaycan Ordusunun kiçik giziri olan Şəhriyar Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhriyar Abdullayev oktyabrın 13-də Hadrut döyüşləri zamanı həlak olub. Daşkəsən şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.