Daily Archives: 24.02.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: PODPOLKOVNİK MEHMAN ŞİRVANOV

Стандартный

Mehman_Şirvanov

Mehman Mirəziz oğlu Şirvanov (24 fevral 1980LənkəranAzərbaycan — 27 sentyabr 2020Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı.

Mehman Şirvanov 1980-ci il fevralın 24-də Lənkəran rayonunun Ürgə kəndində anadan olub. Ailəli idi.

Mehman Şirvanov Azərbaycan Silahlı Qüvvələrinin Yevlax rayonunda yerləşən «N» saylı hərbi hissəsinin zabiti idi.

Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Mehman Şirvanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində döyüşüb. Mehman Şirvanov sentyabrın 27-də həlak olub. Lənkəran rayonunda dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidentinin  09.12.2020-ci il tarixli Sərəncamına əsasən Mehman Şirvanov «Qarabağ» ordeni ilə təltif edildi.

vikipediya

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MƏRHƏMƏT HƏMZƏYEV

Стандартный

Mərhəmət Həmzəyev

Mərhəmət Rizvan oğlu Həmzəyev (24 fevral 1997Şahbuz rayonuAzərbaycan — 27 sentyabr 2020Kəlbəcər rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.

Mərhəmət Həmzəyev 1997-cı il fevralın 24-də Şahbuz rayonunun Keçili kəndində anadan olub.

Azərbaycan Ordusunun leytenantı olan Mərhəmət Həmzəyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Mərhəmət Həmzəyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı həlak olub. Uzun müddət nəşi tapıla bilməyib. Dekabrın 22-də Şahbuz rayonunda dəfn edilib.

vikipediya

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: XƏYAL İDRİSOV

Стандартный

Xəyal İdrisov

Xəyal İbrahim oğlu İdrisov (d. 24 fevral 2000ƏrəbocağıAğdaş rayonu – ö. 10 oktyabr 2020SuqovuşanTərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Xəyal İdrisov 24 fevral 2000-ci ildə Ağdaş rayonunun Ərəbocağı kəndində anadan olmuşdur. Kənd orta məktəbində təhsil almışdır.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş, oktyabrın 10-da Suqovuşan istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Ağdaş rayonu Ərəbocağı kəndində dəfn edilmişdir.