Daily Archives: 23.02.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TƏRLAN ATAKİŞİYEV

Стандартный

Tərlan Atakişiyev

Tərlan Dərgah oğlu Atakişiyev (23 fevral 1977Şamaxı rayonuAzərbaycan — 24 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.

Tərlan Atakişiyev 1977-ci il fevralın 23-də Şamaxı rayonunun Göylər kəndində anadan olub.

Azərbaycan Ordusunun leytenantı olan Tərlan Atakişiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Tərlan Atakişiyev oktyabrın 24-də Füzuli döyüşləri zamanı həlak olub. Şamaxı rayonunda dəfn edilib.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ORUC CƏFƏROV

Стандартный

Oruc Cəfərov

Oruc Vaqif oğlu Cəfərov (23 fevral 1994Bərdə rayonuAzərbaycan — 8 oktyabr 2020AğdərəAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Oruc Cəfərov 1994-cü il fevralın 23-də Bərdə rayonunun Xanərəb kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Oruc Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak edib. Oruc Cəfərov oktyabrın 8-də Ağdərə istiqamətində həlak olub.