VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ŞƏHRİYAR MƏMMƏDOV

Стандартный

Şəhriyar Məmmədov

Şəhriyar Müzəffər oğlu Məmmədov (22 fevral 1999NaxçıvanAzərbaycan — 11 oktyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.

Şəhriyar Məmmədov 1999-cu il fevralın 22-də Naxçıvan şəhərində anadan olub. 2016-2010-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Azərbaycan Ordusunun leytenantı olan Şəhriyar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhriyar Məmmədov oktyabrın 11-də Xocavənd döyüşləri zamanı həlak olub. Naxçıvan şəhərində dəfn edilib.

Обсуждение закрыто.