Daily Archives: 22.02.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ŞƏHRİYAR MƏMMƏDOV

Стандартный

Şəhriyar Məmmədov

Şəhriyar Müzəffər oğlu Məmmədov (22 fevral 1999NaxçıvanAzərbaycan — 11 oktyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı.

Şəhriyar Məmmədov 1999-cu il fevralın 22-də Naxçıvan şəhərində anadan olub. 2016-2010-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Azərbaycan Ordusunun leytenantı olan Şəhriyar Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Şəhriyar Məmmədov oktyabrın 11-də Xocavənd döyüşləri zamanı həlak olub. Naxçıvan şəhərində dəfn edilib.

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: XƏYYAM DAŞDƏMİROV

Стандартный

Xəyyam Daşdəmirov

Xəyyam Daşdəmirov (tam adı: Xəyyam Məhəmməd oğlu Daşdəmirov; 22 fevral 2002İsmayıllıAzərbaycan — 12 iyul 2020TovuzAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.

Xəyyam Daşdəmirov 2002-ci il fevralın 22-də İsmayıllı rayonunun Balik kəndində anadan olub. 18 yaşı var idi.Subay idi.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Xəyyam Daşdəmirov 2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində təxribatının qarşısını alan zaman həlak olub. Tovuz döyüşlərinin şəhidi Xəyyam Daşdəmirov iyulun 13-də doğulduğu İsmayıllı rayonunda dəfnedildi.

vikipediya