
Rasim Miryaqub oğlu Abdullayev (21 fevral 1975; Kəlbəcər, Azərbaycan — 10 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı və hərbi tibb qulluqçusu.
Rasim Abdullayev 1975-ci il fevralın 21-də Kəlbəcər rayonunda anadan olub. 1982-1992-ci illərdə Kəlbəcər şəhərində 1 nömrəli tam orta məкtəbdə, 1992-1998-ci illərdə isə Azərbaycan Tibb Universitetində (ATU) təhsil alıb. Ailəli idi, Miryaqub və İslam adında 2 övladı yadigar qaldı.
Rasim Abdullayev 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlər zamanı yaralı hərbçiləri döyüş meydanından çıxarıb.
Azərbaycan Ordusunun polkovnik-leytenantı olan hərbi tibb qulluqçusu Rasim Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçiləri döyüş meydanından çıxarıb. Rasim Abdullayev noyabrın 10-da Şuşa döyüşləri zamanı həlak olub. II Fəxri Xiyabanda dəfn edilib.
Понравилось это:
Нравится Загрузка...
Для отправки комментария необходимо войти на сайт.