Elmin Mirzəyev (tam adı: Elmin Əvəz oğlu Mirzəyev; 20 fevral 1995; Əmiranlar, Xocavənd rayonu, Azərbaycan — 2 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin MAHHXHQ çavuşu.
Elmin Mirzəyev 20 fevral 1995-ci ildə Xocavənd rayonunun Əmiranlar kəndində dünyaya göz açmışdır. İlk təhsilini Xocavənd rayon Salakətin kənd tam orta məktəbində alan Elmin 2013-cü ildə həmin məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanır. O, 2015-ci ildə hərbi xidmət müddəti bitdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidmət zamanı çavuş rütbəsini almışdır.
Təlimlərdən sonra 27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsində iştirak edən MAHHXHQ çavuş Elmin Mirzəyev 2 oktyabr 2020-ci ildə Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur.
Для отправки комментария необходимо войти на сайт.