VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BİLƏSUVARLI CAHİD QƏNİYEV

Стандартный

Cahid_Qəniyev

Cahid Şaiq oğlu Qəniyev ( 18 fevral 1994ÇaylıBiləsuvar rayonu — 30 sentyabr 2020) — Azərbaycan Silahlı Qüvvələrinin giziri.

Cahid Qəniyev 18 fevral 1994-cü ildə Biləsuvar rayonunun Çaylı kəndində anadan olmuşdur. Çaylı kənd tam orta məktəbində təhsilini almışdır. Ailəli idi, 1 övladı yadigar qaldı.

Azərbaycan Ordusunun giziri olan Cahid Qəniyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə işturak etmişdir. Cahid Qəniyev sentyabrın 30-da Talış döyüşləri zamanı həlak olub. Cahid Qəniyev 13 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Çaylı kənd məzarıstanlığında dəfn edilmişdir.

Обсуждение закрыто.