Daily Archives: 16.02.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MEHTİ ŞIXƏLİYEV

Стандартный

Mehti_Şıxəliyev

Mehti Yalçın oğlu Şıxəliyev (16 fevral 1996MeynimanHacıqabul rayonu – 7 noyabr 2020DaşaltıŞuşa rayonu) — Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri.

Mehti Şıxəliyev 16 fevral 1996-cı ildə Hacıqabul rayonunun Meyniman kəndində anadan olub. 2013-cü ildə kənd orta məktəbini bitirmişdir. O, 2014-cü ildə həqiqi hərbi xidmətə çağırılmışdır. 2016-cı ildə Aprel döyüşlərində iştirak etmişdir.

Mehdi Şıxəliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində iştirak etmiş, ön cəbhədə döyüşərək düşmənin xeyli tankını, zirehli maşınını, 70-dən çox canlı qüvvəsini məhv etmişdir. Şuşada əlbəyaxa döyüşlər zamanı bir neçə erməni hərbçisini məhv etmiş və qəhrəmancasına şəhid olmuşdur.. Şəhid Mehdi Şıxəliyev 7 noyabr 2020-ci il tarixdə Hacıqabul rayon məzarlığında dəfn edilmişdir.

vikipediya

Реклама