Elvin Malik oğlu Şahmarlı (d. 15 fevral 2002; Əliabad, Biləsuvar rayonu — ö. 13 oktyabr 2020 Suqovuşan, Tərtər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi.
Elvin Şahmarlı 2020-ci ildə hərbi xidmətə yollanmışdır. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Suqovuşan istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur.
Şəhid Elvin Şahmarlı 13 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Əliabad kənd məzarıstanlığında dəfn edilmişdir.
Для отправки комментария необходимо войти на сайт.