Daily Archives: 15.02.2021

VƏTƏN MÜHARİBƏSİNƏ HƏLAK OLANLAR: SƏNAN ƏHMƏDOV

Стандартный

Sənan Əhmədov

Sənan Əhmədov (tam adı: Sənan Qalasan oğlu Əhmədov; 15 fevral 1988ŞamaxıAzərbaycan — 11 oktyabr 2020Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu).

Sənan Əhmədov 1988-ci il fevralın 15-də Şamaxı rayonunun Bağırlı kəndində anadan olub.[1] 1994-2005-ci illərdə F. Şıxalıyev adına Bağırlı кənd tam orta məкtəbində təhsil alıb. Ailəli idi. İbrahim və Həmid adında 2 oğlu, Nuray adında isə 1 qızı yadigar qaldı.

Azərbaycan Ordusunun əsgəri olan Sənan Əhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Sənan Əhmədov oktyabrın 11-də həlak olub.

vikipediya

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: ELVİN ŞAHMARLI

Стандартный

Elvin_Şahmarlı

Elvin Malik oğlu Şahmarlı (d. 15 fevral 2002ƏliabadBiləsuvar rayonu — ö. 13 oktyabr 2020 SuqovuşanTərtər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsinin şəhidi.

Elvin Şahmarlı 2020-ci ildə hərbi xidmətə yollanmışdır. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Suqovuşan istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur.

Şəhid Elvin Şahmarlı 13 oktyabr 2020-ci il tarixində Biləsuvar rayonu Əliabad kənd məzarıstanlığında dəfn edilmişdir.