Rövşən Elşən oğlu Eynullayev (d. 14 fevral 2000; Nərimankənd, Biləsuvar rayonu — ö. 29 sentyabr 2020; Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu.
Rövşən Eynullayev 14 fevral 2000-ci ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olmuşdur. Nərimankənd kənd tam orta məktəbində orta təhsilini almışdır.
Rövşən Eynullayev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Rövşən Eynullayev 29 sentyabr 2020-ci il tarixində Biləsuvar rayonu Nərimankənd kənd məzarıstanlığında dəfn edilmişdir.
vikipediya
Для отправки комментария необходимо войти на сайт.