Nurlan Rasim oğlu Abdullazadə (d. 14 fevral 1994; Zərdab, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı həlak olub,
Nurlan Abdullazadə 1994-cü ilin 14 fevral günündə Zərdab rayonunun Böyük Dəkkə kəndində anadan olub.
Gizir Nurlan Abdullazadə 2016-cı ilin aprel ayında Azərbaycan—Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına həlak oldu.
Aprelin 5-i isə Nurlan Abdullazadə doğulduğu Zərdab rayonunun Böyük Dəkkə kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Abdullazadə torpağa tapşırıldı.
vikipediya
Для отправки комментария необходимо войти на сайт.