Daily Archives: 14.02.2021

Anqlo-sakson epik poeması Azərbaycan dilinə tərcümə olunub

Стандартный

Anqlo-sakson epik poeması «Beovulf»un Azərbaycan dilinə ilk tərcüməsi işıq üzü görmüşdür.

Yeniavaz.com xəbər verir ki, poemanı qədim ingilis dilindən Rusiyanın Samara şəhərində yaşayan şair və tərcüməçi Xeyrulla Xəyal tərcümə etmişdir. Həmin tərcüməyə «Ön söz»ü filologiya elmləri doktoru, professor Həbib Zərbəliyev yazmışdır.

ww.yeniavaz.com//az/news/160472/anqlo-sakson-epik-poemasi-azerbaycan-diline-tercume-olunub?utm_source=smartbee&utm_medium=referral&utm_campaign=smartbee&utm_content=smartbee

Реклама

«APREL MÜHARİBƏSİ»NDƏ HƏLAK OLANLAR: NURLAN ABDULLAZADƏ

Стандартный

Nurlan Abdullazadə

Nurlan Rasim oğlu Abdullazadə (d. 14 fevral 1994ZərdabAzərbaycan — ö. 2 aprel 2016Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı həlak olub, 

Nurlan Abdullazadə 1994-cü ilin 14 fevral günündə Zərdab rayonunun Böyük Dəkkə kəndində anadan olub.

Gizir Nurlan Abdullazadə 2016-cı ilin aprel ayında AzərbaycanErmənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına həlak oldu.

Aprelin 5-i isə Nurlan Abdullazadə doğulduğu Zərdab rayonunun Böyük Dəkkə kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir Abdullazadə torpağa tapşırıldı.

vikipediya

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BİLƏSUVARLI RÖVŞƏN EYNULLAYEV

Стандартный

Rövşən_Eynullayev

Rövşən Elşən oğlu Eynullayev (d. 14 fevral 2000NərimankəndBiləsuvar rayonu — ö. 29 sentyabr 2020Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu.

Rövşən Eynullayev 14 fevral 2000-ci ildə Biləsuvar rayonunun Nərimankənd kəndində anadan olmuşdur. Nərimankənd kənd tam orta məktəbində orta təhsilini almışdır.

Rövşən Eynullayev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Rövşən Eynullayev 29 sentyabr 2020-ci il tarixində Biləsuvar rayonu Nərimankənd kənd məzarıstanlığında dəfn edilmişdir.

vikipediya