VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: NURƏDDİN MİRZƏYEV

Стандартный

Nurəddin_Məstəliyev

Nurəddin Məstəliyev (tam adı: Nurəddin Hasil oğlu Məstəliyev; 13 fevral 2000, QızıldaşQaradağBakıAzərbaycan – Noyabr ayının birinci həftəsi 2020Şuşa yaxınlığı, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin kəşfiyyatçı əsgəri.

Nurəddin Məstəliyev 2000-ci il fevralın 13-də Bakı şəhəriQaradağ rayonuQızıldaş qəsəbəsində dünyaya göz açmışdır. Əslən Yardımlı rayonunun Ökü kəndindəndir.  2016-cı ildə orta məktəbi bitirdikdən sonra 8 saylı texniki peşə liseyində «qaynaqçı» peşəsi üzrə ixtisaslaşıb. Peşə təhsilini bitirdikdən sonra hərbi xidmətə yola düşüb.

Nurəddin 2019-cu il iyul ayında hərbi xidmətə yollanıb. 2020-ci ilin sentyabr ayına qədər Dövlət Sərhəd Xidmətində hərbi xidmət keçib. Peşəkar idmançı olduğu üçün kəşfiyyat bölüyünə qoşulub.

Sentyabrın 27-də Vətən müharibəsinin başlaması ilə döyüşə yollanıb. Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə şücaət göstərmişdir. Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşmüşdür. Döyüş meydanında düşmən snayperinin gülləsinə tuş gəlmiş, aldığı xəsarətdən yerindəcə həlak olmuşdur. 13 noyabr 2020-ci ildə doğulub boya-başa çatdığı, valideynləri ilə yaşadığı Qızıldaş qəsəbəsinə gətirilmiş, qəsəbə sakinləri tərəfindən izdihamla qarşılanmış və təntənəli surətdə torpağa tapşırılmışdır. 

vikipediya

Реклама

Обсуждение закрыто.