
Nurəddin Məstəliyev (tam adı: Nurəddin Hasil oğlu Məstəliyev; 13 fevral 2000, Qızıldaş, Qaradağ, Bakı, Azərbaycan – Noyabr ayının birinci həftəsi 2020, Şuşa yaxınlığı, Azərbaycan) — Dövlət Sərhəd Xidmətinin kəşfiyyatçı əsgəri.
Nurəddin Məstəliyev 2000-ci il fevralın 13-də Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində dünyaya göz açmışdır. Əslən Yardımlı rayonunun Ökü kəndindəndir. 2016-cı ildə orta məktəbi bitirdikdən sonra 8 saylı texniki peşə liseyində «qaynaqçı» peşəsi üzrə ixtisaslaşıb. Peşə təhsilini bitirdikdən sonra hərbi xidmətə yola düşüb.
Nurəddin 2019-cu il iyul ayında hərbi xidmətə yollanıb. 2020-ci ilin sentyabr ayına qədər Dövlət Sərhəd Xidmətində hərbi xidmət keçib. Peşəkar idmançı olduğu üçün kəşfiyyat bölüyünə qoşulub.
Sentyabrın 27-də Vətən müharibəsinin başlaması ilə döyüşə yollanıb. Cəbrayıl və Xocavənd uğrunda gedən döyüşlərdə şücaət göstərmişdir. Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşmüşdür. Döyüş meydanında düşmən snayperinin gülləsinə tuş gəlmiş, aldığı xəsarətdən yerindəcə həlak olmuşdur. 13 noyabr 2020-ci ildə doğulub boya-başa çatdığı, valideynləri ilə yaşadığı Qızıldaş qəsəbəsinə gətirilmiş, qəsəbə sakinləri tərəfindən izdihamla qarşılanmış və təntənəli surətdə torpağa tapşırılmışdır.
vikipediya
Понравилось это:
Нравится Загрузка...
Для отправки комментария необходимо войти на сайт.