Fariz Şahin oğlu Həsənov (12 fevral 1987; Ağstafa rayonu, Azərbaycan — 13 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsinin şəhidi.
Fariz Həsənov 2005-2006-cı illərdə Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2008-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun çavuşu olan Fariz Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Fariz Həsənov oktyabrın 13-də Füzuli döyüşləri zamanı həlak olub.
vikipediya
Для отправки комментария необходимо войти на сайт.