Daily Archives: 12.02.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: AĞSTAFALI FARİZ HƏSƏNOV

Стандартный

Fariz Həsənov

Fariz Şahin oğlu Həsənov (12 fevral 1987Ağstafa rayonuAzərbaycan — 13 oktyabr 2020Füzuli rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, Vətən müharibəsinin şəhidi.

Fariz Həsənov 2005-2006-cı illərdə Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2008-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun çavuşu olan Fariz Həsənov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Fariz Həsənov oktyabrın 13-də Füzuli döyüşləri zamanı həlak olub.

vikipediya

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: GƏNCƏLİ RABİL İSMAYILOV

Стандартный

Rabil İsmayılov

Rabil Elbrus oğlu İsmayılov (12 fevral 1980GəncəAzərbaycan SSR — 3 noyabr 2020Xocavənd rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi.

Rabil İsmayılov 1980-cı il fevralın 12-də Gəncə şəhərində anadan olub. 1987-1997-ci illərdə M. Müşfiq adına 14 nömrəli tam orta məktəbdə təhsil alıb. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetində (BDU) «Tətbiqi riyaziyyat» üzrə ali təhsil alıb, 2002-2003-cü illərdə isə Gəncə Dövlət Universitetində (GDU) «Riyaziyyat» üzrə magistr dərəsi üzrə təhsil alıb. 2017-ci ildən M. Müşfiq adına 14 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi olaraq çalışırdı.

Rabil İsmayılov 2001-2002-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun leytenantı olan Rabil İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı CəbrayılınFüzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Rabil İsmayılov noyabrın 3-də Xocavənd döyüşləri zamanı həlak olub. Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.