Ramid Nəriman oğlu Hacıyev (11 fevral 1987; Cəbrayıl, Azərbaycan — 16 oktyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi.
Ramid Hacıyev 1987-ci il fevralın 11-də Cəbrayıl rayonunun Mirək kəndində anadan olub.
Azərbaycan Ordusunun mayoru olan Ramid Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ramid Hacıyev oktyabrın 16-da Suqovuşan döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn edilib.
vikipediya
Для отправки комментария необходимо войти на сайт.