Daily Archives: 11.02.2021

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: TƏRTƏRLİ ÜLFƏT RZAYEV

Стандартный

Ülfət Novruz oğlu Rzayev (11 fevral 2000Tərtər rayonuAzərbaycan — 8 noyabr 2020Şuşa rayonuAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Ülfət Rzayev 2000-ci il fevralın 11-də Tərtər rayonunun Cəmilli kəndində anadan olub. Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Ülfət Rzayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ülfət Rzayev noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. Tərtər rayonunda dəfn edilib.

Реклама

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MAYOR RAMİD HACIYEV

Стандартный

Ramid Hacıyev

Ramid Nəriman oğlu Hacıyev (11 fevral 1987CəbrayılAzərbaycan — 16 oktyabr 2020TərtərAzərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsinin şəhidi.

Ramid Hacıyev 1987-ci il fevralın 11-də Cəbrayıl rayonunun Mirək kəndində anadan olub.

Azərbaycan Ordusunun mayoru olan Ramid Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ramid Hacıyev oktyabrın 16-da Suqovuşan döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn edilib.

vikipediya

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: MURAD VƏLİYEV

Стандартный

Murad Vəliyev

Murad Vəliyev (tam adı: Murad Süleyman oğlu Vəliyev; 11 fevral 1997BakıAzərbaycan — 27 sentyabr 2020Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.

Murad Vəliyev 1997-ci il fevral 11-də Biləcəri qəsəbəsində anadan olub. Biznes Universitetində (BBU) ali təhsil alıb.

Azərbaycan Ordusunun əsgəri olan Murad Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. Murad Vəliyev sentyabrın 27-də həlak olub. Biləcəri qəsəbəsində dəfn edilib.

vikipediya

VƏTƏN MÜHARİBƏSİNDƏ HƏLAK OLANLAR: BİLƏSUVARLI AMİD İSMAYILOV

Стандартный

Amid_İsmayılov

Amid Eldar oğlu İsmayılov (d. 11 fevral 1988TəzəkəndBiləsuvar rayonu — ö. 28 sentyabr 2020 Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi

Amid İsmayılov 11 fevral 1988-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 19952006-cı illərdə Təzəkənd kənd tam orta məktəbini bitirmişdir. 20062008-ci illərdə Bakı şəhəri Pirişkül qəsəbəsində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. 2008-ci ildən isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətdən artiq hərbi xidmət qulluqçusu kimi hərbi fəaliyyətinə başlamışdır. Ailəli idi, 1 övladı var.

Amid İsmayılov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına həlak olmuşdur. Şəhid Amid İsmayılov 28 sentyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Təzəkənd kənd məzarıstanlığında dəfn olunmuşdur.